Həyətlərində çətənə kolları əkdilər

heyetlerinde-cetene-kollari-ekdiler
Oxunma sayı: 1559

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tüləgivan kənd sakini Elçin Eyvazovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 58 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də Qaradağlı kənd sakini Hüseyn Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.