“Hönkür-hönkür ağladım ki, mən bitdim”- - Röya

honkur-honkur-agladim-ki-men-bitdim-
Oxunma sayı: 2942


“Qafqazinfo”nun məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında bir müddət öncə səsində problem yaransa da, konsertin maraqlı keçdiyini bildirib:

“Bir neçə ay öncə səsimdə problem yaranmışdı. Ona görə yavaş danışmalıyam, adamı keyləşdirən dərmanlar içirəm. Bu il anladım ki, səs mənim üçün çox vacibdir, özümdən çox onu istəyirəm. “Toxun mənə” mahnısını studiyada 10 dəfə oxudum, amma  alınmadı. Studiyadan çıxıb maşına oturdum, hönkür-hönkür ağladım ki, mən bitdim. Konsertdə problem yaşamadım. Keçmiş mahnılarımı da ifa etdim. Artıq ildə bir dəfə konsert verəcəm. Konsert bahalı, möhtəşəm olacaq. Biletlər də baha olacaq”.

Könül

“Qafqazinfo”