“Hörümçək adam” paltarı geyinən uşaq özünü 8-ci mərtəbədən atdı

horumcek-adam-paltari-geyinen-usaq-ozunu-8-ci-mertebeden-atdi
Oxunma sayı: 5873

Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” paltarı geyinərək özünü 8-ci mərtəbədən atıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Qldansk rayonunda baş vermiş hadisədə uşaq sağ qalıb. O, çoxsaylı travma və zədəylə İaşvili adına xəstəxanaya çatdırılıb. Uşağın həyatı üçün hər hansı təhlükə olmadığı bildirilib. Hadisə şahidlərinin sözlərinə görə, 8-ci mərtəbədən özünü atan oğlan, güman ki, binanın həyətindəki ağac və kolların üzərinə düşüb.

O, təcili yardım işçilərinə “Mən özüm uçdum” deyib. Hadisə baş verən zaman azyaşlı nənəsi ilə evdə tək olub. Faktla bağlı araşdırma aparılır.