Hüseyn Əlixanovun yerinə təyinat

huseyn-elixanovun-yerine-teyinat
Oxunma sayı: 5344

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə  Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib. A. Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. A. Xəlilov 2016-cı ildə Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi təyin edilib.