İcra başçısı ötən ilin hesabatını verdi

İcra başçısı ötən ilin hesabatını verdi
Oxunma sayı: 2020

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) Başçısı yanında Şuranın iclası keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda 2017-ci ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr ətraflı müzakirə olunub. 

İH-nin bаşçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn təşkil еdilmiş sərgiyə baxış keçiriblər. İclasda hesabat məruzəsi ilə çıxış edən T. Qaraşov rayonun 2017-ci ili yüksək göstəricilərlə başa vurduğunu diqqətə çatdırıb.

Məruzədə qeyd olunub ki, 2017-ci il sentyabrın 2-3-də prezidentin Lənkərana səfəri çərçivəsində rayonun təsərrüfatları və istehsal sahələri ilə tanış olaraq, əməkçilərlə iş başında görüşüb, onlara tövsiyələrini verib. Sentyabrın 3-də isə prezidentin sədrliyi ilə Lənkəranda ilk dəfə olaraq çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair  respublika müşavirəsi keçirilib. 

İcra başçısı daha sonra bildirib ki, hesabat ilində Lənkəranda sosial-iqtisadi sahənin inkişafına 160,4 milyon manat investisiya yönəldilib, bunun da 145,9 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub. 2017-ci ildə rayona həmçinin ümumi layihə dəyəri 124,5 milyon manat məbləğində özəl investisiya cəlb olunub, icra edilmiş 72,4 milyon manat məbləğində investisiyanın 5,1 milyon manatını xarici investisiya təşkil edib.

O, hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, məhsuldar plantasiyalardan 241 ton yaşıl çay yarpağının yığıldığını, bunun hesabına 1,1 milyon manat gəlir əldə olunduğunu, 300 nəfərin daimi işlə təmin edildiyini bildirib. Respublikada ilk dəfə olaraq bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Cənubi Koreyadan gətirilərək ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Nəticədə çəltik sahələrindən 1815 ton yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib, 1068 nəfər işlə təmin olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 çəltik zavodu quraşdırılıb.

Məruzə ətrаfındа çıxış edən Milli Məclisin Əmək və Sоsiаl Siyаsət Kоmitəsinin sədri Hаdi Rəcəbli, millət vəkili Rüfət Quliyev, Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov və digərləri 2017-ci ildə Lənkəran rayonunda görülən işləri yüksək qiymətləndirərək, əldə edilən nailiyyətlərin davamlı olması arzusu ilə tövsiyə və məsləhətlərini bildiriblər. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi