İcra başçısı tapşırıqlar verdi

icra-bascisi-tapsiriqlar-verdi
Oxunma sayı: 2998

Avqust ayının 1-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, aparatın şöbə müdirləri iştirak ediblər. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.