İcra Hakimiyyətində lotoreya...

icra-hakimiyyetinde-lotoreya
Oxunma sayı: 714

RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, bayram tədbirində çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətnin başçısı Xaləddin İsgəndərov gəncləri bayram münasibətilə təbrik edərək rayon gənclərinin fəallığını stimullaşdırmaq məqsədilə Gənclər Mərkəzinin tikildiyini qeyd edib.

Tədbirdə ictimai, elmi fəallığı ilə seçilən rayonun 5 gənci – Gülşən Haqverdiyeva, Aqşin Hüseynov, Cavanşir Əliyev, Günay Kərimova və Rövşən Cəfərov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar. Bundan başqa rayonda keçirilmiş “Şaxta baba və qar qız” müsabiqəsinin qalibləri də hədiyələrlə mükafatlandırılıb. Tədbirin bədii hissəsində Eurovision musiqi yarışmasında ölkəmizi təmsil etmiş Eldar Qasımov, Səbinə Babayeva, tanınmış müğənnilər – Zamiq Hüseynov, Sevda Yahyayeva, Rəhim Rəhimli, Ayan Balakişiyeva, Samir Piriyev, Günay İbrahimli, Natəvan Həbibi,Miri Yusif, Röya və digər incəsənət xadimləri müsiqili nömrələrlə çıxış ediblər. Bundan başqa rayonun 11 saylı musiqi məktəbinin balaca fidanları və F.Əmirov adına 6 saylı incəsənət məktəbinin “Odlar yurdu” ansamblı öz məharətlərini göstəriblər. Tədbirdə eyni zamanda lotoreya da oynanılıb. Qalib gələnlər ipod, mobil telefonlar və digər hədiyyələrlə mükafatlandırılıblar.