İki gündə 332 miqrant xilas edilib

iki-gunde-332-miqrant-xilas-edilib
Oxunma sayı: 648

Liviya sahillәrindә son iki gün әrzindә 2 qeyri-qanuni miqrant hәlak olub, 332 miqrant isә xilas edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barәdә Milli Birlik Hökumәti yanında fәaliyyәt göstәrәn Dәniz Qüvvәlәrindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görə, qeyri-qanuni miqrantların xilas edilmәsi üçün son iki gündə dörd әmәliyyat keçirilib.

Miqrantların hansı ölkәnin vәtәndaşı olduqları ilә әlaqәdar mәlumat verilmәyib.

Qeyd edək ki, ötən həftə Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 117 nəfər ölüb.