İki məşhur eyni reklamda

iki-meshur-eyni-reklamda
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, Türk Hava Yollarının idarə heyətinin başçısı şirkətlərinin artıq dünyada bir nüfuza sahib olduğunu və bu səbəbdən də məşhurlarla çalışmağın vacib olduğunu bildirib: “Türk Hava Yolları artıq dünyada məşhurdur və biz artıq onu marka etməyə çalışırıq.

Bunun üçün bir çox sponsorluq müqavilələri bağladıq. 2011-ci ildə Kobe ilə əməkdaşlığımız şirkətimizi Amerika qitəsində tanıtdı. Bu səbəbdən də aramızdakı müqaviləni iki il uzatdıq. Yenilik isə bundan ibarətdir ki, yeni reklam çarxında məşhur futbolçu Messi də yer alacaq”.

Kobe Bryant isə belə uğurlu şirkətin reklamında rol aldığı üçün məmnun olduğunu bildirib.