İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

ilham-eliyev-anlasma-memorandumunu-tesdiqledi
Oxunma sayı: 2917

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
 
Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bildiriş göndərəcək.
 
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanıb