İngiltərə hökumətində gözlənilməz istefa

ingiltere-hokumetinde-gozlenilmez-istefa
Oxunma sayı: 1373

Böyük Britaniya İcmalar Palatasının lideri Andrea Lidsom istefaya gedib.

“Qafqazinfo” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İcmalar Palatasının lideri Tvitter səhifəsində məlumat verib. “Mən dərin təəssüf və ürək ağrısı ilə hakimiyyətdən getmək qərarına gəldim”, - Lindson yazıb.

Məlumata əsasən, A.Lidsomun istefaya getməsinə səbəb ölkənin baş naziri Tereza Mey ilə "Brexit" üzrə fikir ayrılıqları olub.

Qeyd edilir ki, İcmalar Palatasının lideri istefaya getdikdən sonra müxalifət növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb.