İran yenə Amerikaya meydan oxudu

iran-yene-amerikaya-meydan-oxudu
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Misirdə yayımlanan “əl-Əkbər” qəzetinə müsahibə verən Əhmədinejad, ABŞ və İsrailin Tehrana qarşı tutduğu sərt mövqeyi ittiham edib. O, Vaşinqtonu, İranı gözdən salmaqda və Səudiyyə Ərəbistanı ilə aralarında ixtilaf toxumları səpməyə çalışmaqda günahlandırıb.

İranın bölgədəki hər hansı bir ölkədən hərbi güc baxımından fərqli olduğunu irəli sürən Əhmədinejad, ölkəsinin hərbi qabiliyyətini artırmağa davam etdiyini, onun İsrail və Qərb, xüsusiən, ABŞ-la yarışa biləcək vəziyyətdə olduğunu bildirib.

"ABŞ, İranın hərbi gücündən qorxur" deyən Əhmədinejad, İranın özünə qarşı hər hansı bir hərəkata imkan verməyəcəyini ifadə edib.

İranın nüvə bombasına sahib olmadığını təkrarlayan Əhmədinejad, İsrailin sonunun qaçılmaz olduğu fikirlərini yenidən təkrar edib. İsrailin 300-ə qədər nüvə döyüş başlığı olduğunu söyləyən Əhmədinejad, İranın nüvə imkanlarının yalnız dinc məqsədlərlə istifadə olunduğunu vurğulayıb.