İranda güclü zəlzələ olub - 23 yaralı

iranda-guclu-zelzele-olub
Oxunma sayı: 1757

İranda 5,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Kirmanşah əyalətinin Sarpol-e-Zahab şəhərindən 25 km cənubda, 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində 23 nəfərin xəsarət aldığı bildirilir.