İraqda müəllimlər kütləvi nümayiş keçirir

iraqda-muellimler-kutlevi-numayis-kecirir
Oxunma sayı: 826

İraqın müxtəlif şəhərlərdə müəllimlər Həmkarlar İttifaqlarının çağırışı ilə iki günlük tətilə çıxıblar.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, müəllimlər yeni maarif islahatının təlim-tədris prosesində geriləmə yaratdığını əsas gətirərək nümayiş keçiriblər.

Belə ki, müəllimlər digər hökumət rəsmilərinə verilən hüquqlardan - müvəqqəti evlə təmin edilməsindən məhrum qalıblar.

Eyni zamanda, müəllimlər normal şərtlər daxilində yaxşı məktəb binasında çalışmaq istədiklərini bildiriblər.