İraqda terror aktları- 30 ölü, 100-dən çox yaralı

iraqda-terror-aktlari-30-olu-100-den-cox-yarali
Oxunma sayı: 642

“Qafqazinfo” Trend-ə istinadən məlumat verir ki, əsasən şiələr məskunlaşmış Salah-əd-din əyalətinin Tuz-Xurmatu şəhərində döyüşçülər tərəfindən iki minalanmış avtomobil partladılıb. Bununla da üç nəfər terror aktının qurbanı olub və 44 nəfər yerli sakin yaralanıb, 10-a yaxın binaya zərər vurulub. Partlayıcı qurğuların yolda quraşdırılması nəticəsində Kərkük şəhərində iki nəfər həlak olub və 25 nəfər yaralanıb.

Bağdadın qərbindəki Abu-Qərib şəhərində törədilmiş partlayış beş nəfərin həyatına son qoyub, təxminən 20 yaralanıb. Baakuba şəhərində naməlum silahlı şəxslər tərəfindən iki sünni güllələnib, şəhər bazarında iki partlayıcı qurğu işə düşməsi nəticəsində üç nəfər həlak olub, yeddi nəfər yaralanıb.