İŞİD-ə qoşulmaq üçün and içdilər

isid-e-qosulmaq-ucun-and-icdiler
Oxunma sayı: 1600


“Qafqazinfo”  ANS-ə istinadən xəbər verir ki, “Əl Nusra” terrorçuları Suriya-İraq sərhədində yerləşən Albu Kamal şəhərində İraq Şam İslam Dövləti ilə birlikdə döyüşəcəklərinə dair and içib.

Qeyd edək ki, “Əl Nusra” terror qruplaşması 3 ildir ki, Suriyada ordu qüvvələrinə qarşı döyüşür. İŞİD isə iyunun əvvəlindən İraqda ordu qüvvələrinə qarşı genişmiqyaslı döyüşlərə başlayıb. Terrorçular artıq İraqın bir neçə böyük şəhərini ələ keçirib. Onlar Bağdada girməyə çalışsalar da buna nail ola bilməyiblər. Son məlumatlara görə, İraq ordusu bir neçə şəhəri İŞİD-dən geri almağı bacarıb.