İsmayıllıda yeni avtovağzal açıldı

ismayillida-yeni-avtovagzal-acildi
Oxunma sayı: 975


"Qafqazinfo"nun məlumatına görə, prezident İlham Əliyev avtovağzalın açılışında iştirak edib.

Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanıb. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılmışdır. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilib.

Bildirilib ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunub.

Dövlət başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxıb, avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirib.