İspaniyada gürcü “vorzakon” saxlanılıb - Şakiranın evini soyub

ispaniyada-gurcu-vorzakon-saxlanilib
Oxunma sayı: 3806

İspaniya polisi “Qoqita” ləqəbli “qanuni oğru” Qoça Maysurzadəni saxlayıb. “Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, o, İspaniyada bir neçə evdən oğurluq etməkdə ittiham edilir.

Maysurzadə Barselonada saxlanılıb. İstintaqın məlumatına görə, o, kriminal qruplaşmaya rəhbərlik edib. Həmin qruplaşmanın planında Aralıq dənizi sahillərindəki bahalı evləri soymaq da olub.

Polislər istisna etmirlər ki, “Barcelona”nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakiranın evini də Maysurzadənin dəstəsi qarət edib.

Gürcüstan DİN-i Maysurzadənin saxlanılması xəbərini təsdiqləməyib.