İstanbul mitinqində İlham Əliyevin fotolarını qaldırdılar

istanbul-mitinqinde-ilham-eliyevin-fotolarini-qaldirdilar
Oxunma sayı: 8210

Türkiyədə 15 iyul qiyamının ildönümü ilə bağlı kütləvi tədbirlər keçirilib.

“Qafqazinfo”nun əməkdaşı bu tədbirlərdən birində iştirak edib. İstanbulda Şəhidlər Körpüsünə yürüş edən minlərlə insan İstiqlal Marşını oxuyublar. 

Onlar əllərində Türkiyə bayraqları və ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarını tutublar. 

Bununla bərabər aksiya iştirakçıları Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin də fotolarını qaldırıblar. 

Mitinqin sonunda Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Nərminə Vəliyeva