İstanbulda məktəbə silahlı hücum - Ölən və yaralananlar var

istanbulda-mektebe-silahli-hucum
Oxunma sayı: 1679

İstanbulun Pendik rayonundakı Peşə və Texniki Anadolu Liseyinə silahlı hücum olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Mustafa adlı şəxs sevdiyi qız Pelini başqa oğlanlarla görüb.

Buna görə də məktəbin yaxınlığında onların qarşısını kəsib. O, əlindəki tüfənglə şagirdlərə tərəf bir neçə atəş açıb. Pelin hadisə yerində ölüb. Yanındakı Cəmil və Dəniz adlı şagirdlər isə yaralanıb.

Mustafa daha sonra məktəbin içinə qaçaraq biləklərini kəsib və intihar etmək istəyib. Hadisə yerinə çağırılan polis və təcili yardım həkimlərinin cəhdlərindən sonra onu xəstəxanaya aparmaq üçün razı salmaq mümkün olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Öldürülən şagird Pelin

Hücum edən şəxs Mustafa