“İstanbullu gəlin”də yeni aktrisa - Fotolar

istanbullu-gelinde-yeni-aktrisa
Oxunma sayı: 3844

“Star TV”də yayımlanan “İstanbullu gəlin” serialının yeni mövsümündə yeni obrazlar da ortaya çıxacaq.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, yeni mövsümdə tanınmış aktrisa Nihal Yalçın seriala daxil olacaq. O, “Günəş Köksal” obrazını canlandıracaq.

“Günəş” “Əsma” xanımın baldızı “Ülfət Kavaklı”nın yaxın dostudur.

Dizaynerliklə məşğul olur. “Boran” ailəsinin “Ülfət Kavaklı” ilə illər sonra yollarının kəsişməsində rol oynayacaq.

Qeyd edək ki, baş rollarında Özcan Dəniz və Aslı Ənvərin oynadığı “İstanbullu gəlin”in 3-cü mövsümü sentyabrda başlayacaq.