İvanişvili ailəsi ilə birgə agentliyi bağlayır

ivanisvili-ailesi-ile-birge-agentliyi-baglayir-
Oxunma sayı: 1199


“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, İvanişvilinin sərəncamına əsasən, “Kanal 9” telekompaniyası və “İnfo 9” agentliyi bağlanacaq. Bu barədə qərarı baş nazir ailəsi ilə birgə verib.

“Mən və ailəm “Kanal 9” telekompaniyasının və “İnfo 9” agentliyinin sentyabırn 1-dən bağlanması haqda qərar qəbul etmişik. Parlament seçkiləri vaxtı onların göstərdikləri fəaliyyət əsl qəhrəmanlıq idi. Telekomompaniya və agentliyin bütün əməkdaşlarına minnətdaram.”, - İvanişvilinin bəyanatında bildirilir.

Sərəncamda qeyd olunur ki, “Kanal 9” telekompaniyasının səhmləri satılmasa, bu ilin sentyabr ayında bağlanacaq. Telekompaniyanın səhmləri artıq satışa qoyulub.