“KamAZ”ı aşırdı, sərnişini öldü

kamazi-asirdi-sernisini-oldu
Oxunma sayı: 916

Yardımlıda ağır yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, iyunun 12-də saat 13 radələrində rayonun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.