Kayli qızıyla bağlı təhdid edilir

kayli-qiziyla-bagli-tehdid-edilir
Oxunma sayı: 2188

Amerikalı realiti şou ulduzu Kayli Cenner dörd aylıq qızının oğurlanması barədə təhdid edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. 

O, repçi sevgilisi Travis Scoottdan dünyaya gətirdiyi Strominin təhlükəsizliyi üçün müəyyən addımlar atıb.  20 yaşlı Cenner instaqramda qızının üzü görünən bütün fotoları silib və şəhərə çıxarkən övladının üzünü örtüklə gizlədir ki, media görüntüləməsin. 

Övladını qorumaq üçün hər an yanında olan Kayli ən böyük mühafizə şirkəti ilə danışıqlar aparıb, cangüdənlərinin sayını artırıb. 

Onun tez-tez qızının oğurlanacağı barədə mesajlar və zənglər gəldiyi üçün belə addım atdığı qeyd edilib.