Kərkükdə kütləvi məzarlıq aşkarlandı

kerkukde-kutlevi-mezarliq-askarlandi
Oxunma sayı: 1572

İraqın şimalındakı Kərkükün Havicə rayonunda İŞİD tərəfindən qətlə yetirilən 400 nəfərin cəsədi kütləvi məzarlıqda ortaya çıxarılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kərkük valisi Rakan Said kütləvi məzarlığın bir hərbi bazanın yaxınlığında yerləşdiyini bildirib.

Qeyd edək ki, Bağdadın 240 kilometr şimalında yerləşən və İŞİD-in 2014-cü ildən bəri tutduğu Havicə rayonu 2016-ci ilin oktyabrında İraq ordusu tərəfindən geri alınıb.