Kür üstündəki ikinci körpüyə baxış keçirildi

kur-ustundeki-ikinci-korpuye-baxis-kecirildi
Oxunma sayı: 811


“Qafqazinfo”nun xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, uzunluğu 208 metr olan körpünün tikintisi Bakı-Böyük Kəsik istiqamətində artan yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Körpünün salınması ilə bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların təhlükəsiz hərəkəti təmin ediləcək. Ümumiyyətlə, ərazidə 1900 metr uzunluğunda dəmir yolu salınıb.