Lənkəranda 800 nəfər pulsuz müayinə olundu - Fotolar

lenkeranda-800-nefer-pulsuz-muayine-olundu
Oxunma sayı: 1124

Dekabrın 8-9-da Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasının binasında xeyriyyə aksiyası keçirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, aksiya zamanı şəhər və rayonun ayrı-ayrı yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya, kardiocərrahiyyə və s. xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.

Təcrübəli həkimlər iki gün ərzində ümumilikdə 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrin müalicəsinin Bakıda davam etdirilməsi tövsiyə olunub.