“LG” şirkətinin prezidenti dünyasını dəyişdi

lg-sirketinin-prezidenti-dunyasini-deyisdi
Oxunma sayı: 1862

“LG” Şirkətlər Qrupunun sədri Ku Bon Mu dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı biznesmen Seulda vəfat edib. Cümə axşamı xəstəxanaya çatdırılan Mu ağır vəziyyətdə olub. O, bu il bir neçə beyin əməliyyatı keçirib. 

Qeyd edək ki, Ku Bo Mu “LG” şirkətini 23 il idarə edib. Şirkət 1995-ci ildən onun rəhbərliyindədir. Səhhətində yaranan problemlərə görə iş adamı şirkətin idarəsini sədr müavini olan balaca qardaşı Ku Bon Çjuna həvalə etmişdi.