Makron Baş Qərargaha yeni rəis təyin etdi

makron-bas-qerargaha-yeni-reis-teyin-etdi
Oxunma sayı: 639

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə François Lekontrenin təyin olunub.

 “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Fransa Hökumətinin sözçüsü və parlament pəsələləri üzrə nazir  Kristof Kastaner Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada məlumat verib.

Xatırladaq ki, müdafiə xərcləri məsələsi ilə bağlı mövqeyi Fransa prezidenti Emmanuel Makronla fərqli olan baş qərargah rəisi Pyer de Villiers dünən səhər Makrona istefa ərizəsini təqdim etmişdi.

Makron da “Prezidentlə fikirləri eyni olmayan biri vəzifədə olmamalıdır” deyə istefanı qəbul etmişdi.