Masallıda nə baş verir?

masallida-ne-bas-verir-
Oxunma sayı: 724

Mənbə bildirib ki, M. Eynullayevin hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyevin yaxın adamıdır. O, iki il əvvələ qədər icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib. Onu işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıblar. İşdən çıxarılana qədər isə icra başçısının xeyrinə tərifli sözlər deyib. Hətta Masallıdan olan iş adamının bələdiyyə seçkilərində iştirakı zamanı baş verən anlaşılmazlıq haqda ən çox M. Eynullayev danışıb və yeni təyin olunan icra başçısı Qəzənfər Ağayevi tərifləyib. Bundan sonrakı dövrdə də daim icra başçısını müdafiə edib. İşdən çıxarılandan sonra isə mövqeyini növbəti dəfə dəyişib. Verilən məlumata görə, o, İH-da hüquq şöbəsində saxta diplomla çalışıb. Az qala 45 yaşında Təfəkkür Universitetinin diplomuna sahib olub.

Onu da qeyd edək ki, bu, M. Eynullayevin ilk belə cəhdi deyil. Masallıda hesab edirlər ki, o, Əhəd Abıyevin göstərişi ilə belə addımlar atır. Bildirilir ki, Ə.Abiyev tərəfdarlarına Masallıya icra başçısı gələcəyi haqda məlumat verib. M. Eynullayev isə söz verib ki, onu müavin vəzifəsinə gətirəcək.

Mənbə bildirib ki, Masallıdakı aksiyanın Nərimanabaddakı hadisə ilə üst-üstə düşməsi də təsadüfi deyil. Belə ki, Nərimanabaddakı hadisələrdən sonra Ə.Abıyev tərəfdarlarına göstəriş verib ki, Masallıda da vəziyyəti gərginləşdirməyə cəhd göstərsinlər. Bununla guya cənub bölgəsində gərginlik fonu yaratmaq istəyirlər.

Masallıları təəccübləndirən başqa bir məqam da var. Vətəndaşlar deyir ki, mətbuat 3 nəfərin aclıq aksiyasını şişirdir, amma Ə. Abiyevin yaxın qohumu olan (yeznəsi) DSMF-nin Masallı şöbəsinin sədri Ülvi Nemətovun böyük maliyyə fırıldaqlarına görə axtarışda olduğunu heç işıqlandırmır.