“Məğlubiyyətə layiq deyildik”

meglubiyyete-layiq-deyildik-
Oxunma sayı: 648

ANS PRESS-in məlumatına görə, futbolçu komandasının məğlubiyyətə layiq olmadığını bildirib.

“İkinci hissədə almanların bir dəfə şansı oldu. Biz isə iki dəfə topu qapının tirinə vurduq. Bizim komandanın futbolçularının fərqlənmək üçün bundan başqa da şansı oldu. Biz çox məyusuq. Hesab edirəmki, bu cür oyunla ən azı heç-heçəyə ümid edə bilərdik”, - deyə Kriştiano Ronaldo bildirib.

Qeyd edək ki, Lvov şəhərinin stadionunda baş tutan Almaniya-Portuqaliya matçını trinunadan “Real” (Madrid) klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo da izləyib. J.Mourinyo həmvətənlərinin göstərdiyi oyundan razı qaldığıbı bildirib. Xatırladaq ki, bu qrupda yer alan Hollandiya və Danimarka komandalarının qarşılaşması isə gözlənilmədən ikincilər 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.