Meksika Venesueladakı seçkini tanımır - Səfiri geri çağırdı

meksika-venesueladaki-seckini-tanimir
Oxunma sayı: 1040

Meksika Xarici İşlər Nazirliyi (XİN) Venesuelada prezident seçkilərindən sonra səfirini geri çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik, eyni zamanda Venesuelada biznes riskləri haqda da xəbərdarlıq edib: “XİN mayın 20-də Venesuelada keçirilən prezident seçkilərini tanımır və qanunsuz hesab edir. Bu səbəbdən səfir Erendiru Pas Kampos geri çağırılır. Meksikalı maliyyəçilərə və bank sektoruna Venesuela hökumətinin aparacağı əməliyyatlarla bağlı risk xəbərdarlığı edilir”.

Qeyd edək ki, Venesuelada mayın 20-də keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, 5,8 milyon seçici hazırkı prezident Nikolas Maduronu, 1,8 milyon nəfər isə müxalif namizəd Enri Falkonu dəstəkləyib.