Meksikada ölü sayı 248-ə çatıb - 32 il sonra eyni gündə...

meksikada-olu-sayi-248-e-catib
Oxunma sayı: 1646

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı dayanmadan artır. 

“Qafqazinfo” xəbər verir ki, ölkənin xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente tvitterdə daha əvvəl ölənlərin 150 nəfər olduğunu açıqlasa da, artıq bu rəqəmin 248-ə çatdığını deyib. Hər saat ölənlərin artığını qeyd edən Puente ən çox itkinin Mexikoda (117 nəfər ) olduğunu bildirib. Onun sözlərinə görə, ölənlərin 72 nəfəri Morelos ştatı, 43-ü Puebla, 12-si Edomeks, 3 nəfər Herroro, 1 isə Oaxaka bölgəsindəndir. 

Xarici KİV-lərdə yer alan xəbərlərdə qeyd edilir ki, Mexiko ştatında ölənlərin 21-i uşaqdır. Onlar məktəbin çökməsi zamanı dağıntılar altında qalıblar.

Qeyd edək ki, dünənki yeraltı təkanlar Meksika təqvimində eyni tarixdə baş vermiş 2-ci dağıdıcı zəlzələdir. Belə ki, daha əvvəl 8 bal gücündə zəlzələ məhz sentyabrın 19-u 1985-ci ildə qeydə alınmışdı. Həmin təkanlar zamanı 5000-dən çox insan dünyasını dəyişmişdi.

Aysel Kərimova