Meşədə çadır qurub çətənə əkdi - Foto

mesede-cadir-qurub-cetene-ekdi
Oxunma sayı: 1413

Xaçmaz rayon Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.