Məşhur aktyor 26 nəfəri övladlığa götürüb

meshur-aktyor-26-neferi-ovladliga-goturub
Oxunma sayı: 2472

“Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının “Şahin Ağa”sı Turgay Tanülkü açıqlaması ilə hər kəsi təəccübləndirib.“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur aktyor bu günədək 26 uşağı övladlığa götürdüyünü bildirib:

“Övladlarımın 11-i ailə həyatı qurub. Səkkiz nəvəm var. Soyadları mənimkindən fərqlidir, amma onların ətrindən mənim övladlarım olduğunu anlaya bilərsiz”.  

Xatırladaq ki, T. Tanülkü hələ 18 yaşındaykən siyasi fikirlərinə görə həbs olunmuş, cəza evində işgəncələrə məruz qalmışdı. Daha sonra ailə quran aktyor işgəncələrə görə ata olmaqdan məhrum olunduğunu bildirib.