Millət vəkilindən at, eşşək ətinin satışı ilə bağlı - - Sərt açıqlama

millet-vekilinden-at-essek-etinin-satisi-ile-bagli-
Oxunma sayı: 1430


“Qafqazinfo” xəbər verir ki, millət vəkili parlamentin dünənki plenar iclasında çıxışı zamanı bildirib ki, son 15 gündür ki, mediada qeyri-qanuni şəkildə külli miqdarda at , eşşək ətinin satılması barədə məlumatlar yazılır: 

“Bunlara camaat baxır, onların qalıqlarını, hara töküblər onu göstərirlər. Amma bunların yeri məlum deyil. Onu gətirən də, satan da, kəsən də tapılmır. Bu camaat artıq iyrənir. İnsanlar çox tərəddüd içindədirlər. Digər tərəfdən hər kəs çıxıb istehsal olunan məlumatları tənqid etməyə başlayır.  Halal kolbasasını yemək olmaz, bu cinayətdir. Bizim Baytarlıq Xidmətinin rəsmisi elan edir ki, bunu yemək cinayətdir. Dönəri, yumurtanı yemək olmaz. Bilmirəm, Azərbaycanda hansı məhsullar sağlamdır, onları  necə yemək lazımdır? Mən xahiş edərdim ki, əgər belə hallar varsa, buna məsul olan şəxslər var. Axtarıb tapıb camaata elan etsinlər. Əgər tapmırlarsa, rəsmilərin dilindən belə məlumatları vermək təxribatdır. Bu sahibkarlara bir zərbədir”.

Günel