Milli StartUpların qeydiyyatına başlanıb

milli-startuplarin-qeydiyyatina-baslanib-
Oxunma sayı: 630


“Qafqazinfo”nun məlumatına görə, toplantıda StartUp Azərbaycanın saytının (www.startup.az ) tam formada işə salındığı, saytda startuplar, investorlar və İT mütəxəssislər ( developerlər, proqramçılar və s) üçün qeydiyyat prosesinin aktiv olduğu bildirilib. Layihə çərçivəsində keçirilən milli StartUplar Müsabiqəsinə artıq StartUpların təqdim edildiyi qeyd olunub. Qeydiyyat prosesinin may ayının 10-dək davam edəcəyi bildirilib. StartUpların ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən olunması 25 may tarixinədək davam edəcək. 15 iyun tarixədək finalçıların müəyyən olunması nəzərdə tutulub. Yekun təqdimat mərasiminin, qalib StartUpların investorlarla görüşlərinin İyun ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin davam edəcəyi müddətdə Layihə ilə bağlı Universitetlərə görüşlərin keçirilməsi, ölkə üzrə developerlər, proqramçılar və İT mütəxəssislərin geniş toplantısının keçirilməsi, Yarımfinala keçən StartUplar üçün təlimlərin keçirilməsi, müxtəlif StartUp komandalarının formalaşması ilə bağlı tədbirlərin və StartUp Kampların keçirilməsi qərara alınıb. Milli StartUpların, İT ekspertlərin, investorların və marketoloqların iştirakı ilə geniş formatlı tədbirin də keçirilməsi nəzərdə tutulub.
Toplantıda milli startupların qiymətləndirilməsini həyata keçirəcək Ekspertlər Şurasının öz sahəsi üzrə tanınmış və təcrübəli mütəxəssislərdən ibarət olmaqla tam formalaşdığı və qiymətləndirmə meyarlarının hazırlandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, StartUp Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.