Moskva və Mahaçqalada antiterror əməliyyatı keçirilib

moskva-ve-mahacqalada-antiterror-emeliyyati-kecirilib
Oxunma sayı: 1241

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Moskva və Mahaçqalada antiterror əməliyyatı keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Milli Antiterror Komitəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində terror aktları planlaşdıran İŞİD tərəfdarlarını olan 4 Dağıstan sakini saxlanılıb. Onlar 13-14 oktyabr tarixlərində Moskva və Mahaçqalada həbs ediliblər.

 Saxlanılan şəxslər artıq terror aktları törətməyi həmçinin polis əməkdaşları və hərbçilərə də hücum etməyi planlaşdırdıqlarını etiraf ediblər.