Mourinyo “Real”dan qovulmaq istəmirsə...

mourinyo-realdan-qovulmaq-istemirse-
Oxunma sayı: 648

“Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis komandaya bu mövsüm İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandırmalıdır. Əks halda Joze özünə yeni iş yeri axtarmalı olacaq.
Bir neçə gün əvvəl Mourinyo 49 yaşını qeyd edərkən Kasilyas və Ramosun ona tort təqdim etməsi isə “şübhəli addım” kimi dəyərləndirilib. Belə ki, komandadaxili problemlər mətbuata sızdıqdan sonra (Mourinyo ilə adı çəkilən futbolçular arasındakı münaqişə nəzərdə tutulur) bu addımın qəsdən atıldığı iddia edilir. İddiaya görə, bununla oyunçularla baş məşqçi arasında problem olmadığını mediyaya nümayiş etdirmək məqsədi güdülür.
Ceyhun Əhmədov