MTN internatda araşdırmaya başladı

mtn-internatda-arasdirmaya-basladi
Oxunma sayı: 3633


"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, bu barədə məktəbdə çalışan şəxslərdən biri məlumat verib. Bildirilir ki, bu gün sübh tezdən Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi qrup məktəbdə araşdırmalara başlayıb. Bu səbəbdən də internata kənardan və digər qurumlardan kimsə buraxılmır.

Müxbirimizlə söhbətində Təhsil Nazirliyinin "De-institutlaşma uşaq müdafiəsi" idarəsinin rəisi Məlahət Hacıyeva bildirib ki, nazir Mikayıl Cabbarovun əmri ilə təşkil edilən komissiya da məktəbdə araşdırmaları davam etdirir. Dərslər davam etdirilir.