Müəllimlərin işə qəbulun dəyişiklik ola bilər

muellimlerin-ise-qebulun-deyisiklik-ola-biler
Oxunma sayı: 638

Bunu Trend-ə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, nazirlik müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.

Mərdanov bildirib ki, yalnız bu barədə qərar qəbul olunduqdan sonra müəllimlərin işə qəbulu qaydalarında dəyişikliyin edilməsi barədə düşünmək olar.

O, işə qəbul qaydalarında hansı dəyişikliklərin ediləcəyini indidən açıqlaya bilmədiyini qeyd edib.

"Bu məsələdə hər şey dövlət başçısının sərəncamı ilə 10 illik Milli Təhsil Strategiyasının hazırlanmasından asılıdır. Mən düşünürəm ki, həmin strategiya təsdiq edildikdən sonra bu məsələlərə aydınlıq gələcək", - nazir qeyd edib.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.