Müstəqilliyimiz Kanadada qeyd olundu

musteqilliyimiz-kanadada-qeyd-olundu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə BMAT-ın baş katibi Raymond Benjamin, qeyd olunan təşkilatın məsul əməkdaşları, BMAT-a akkreditə edilmiş diplomatik missiyaların təmsilçiləri, Monreal şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri, eyni zamanda, AR-in BMAT-dakı daimi nümayəndəsi Fərid Şəfiyev 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd edib.
Həmçinin, səfir F.Şəfiyev 1991-ci ildən etibarən ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf, əldə edilən uğurlar barəsində iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, ziyafətdə Azərbaycan milli mətbəxinin bəzi təamları da nümayiş etdirilib. Milli mətbəx nümunələrinin nümayişi AR-in Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Hava Yollarının QSC-nin dəstəyi ilə keçirilib.