Naxçıvana həsr edilmiş marka - Foto

naxcivana-hesr-edilmis-marka-foto
Oxunma sayı: 666

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 60 qəpiklik nominal dəyərli markaların birində Naxçıvanda Heydər Əliyev sarayı təsvir edilib. Bu markanın tirajı 100 min ədəddir. 10 nüsxəlik vərəqədə birləşdirilmiş digər iki marka görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şaxtaxtinskinin 130 illik yubileyinə və 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 90 illiyinə həsr edilib. Poçt vərəqi 5 minlik tirajla buraxılıb.

Nigar Məmmədli