Nazir daha bir polis rəisini vəzifəsindən azad etdi

nazir-daha-bir-polis-reisini-vezifesinden-azad-etdi
Oxunma sayı: 11196

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
 
Onun yerinə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.