Nazir meyvə-tərəvəz istehsalçıları ilə görüşüb

nazir-meyve-terevez-istehsalcilari-ile-gorusub
Oxunma sayı: 1417

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşə “Buta”, “Amoris”, “Agrosell”, “Grow Group”, “Green Tech”, “Azərsun Holding”, “Binə Agro” şirkətlərinin nümayəndələri qatılıblar. 

Görüşdə Assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub. Eyni zamanda, ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, bitki sortlarının təhlili üçün Quba Əkinçilik İnstitutu ilə birgə əməkdaşlıq, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə köməklik göstərilməsi, kənd təsərrüfatı təyinatlı tikililərin təyinat hüququnun tanınması və onların rəsmi sənədləşməsinin aparılması, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.