Nazirlik duru yağın bahalaşmasına aydınlıq gətirdi

nazirlik-duru-yagin-bahalasmasina-aydinliq-getirdi
Oxunma sayı: 659

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki bu dəyişikliyin süni qiymət artımı deyil, dünya bazarında xammalın qiymətinin artması ilə bağlı olduğu müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. Son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25%-dək artım baş verib. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünya bazarında baş verən qiymət artımı meyllərindən sui-istifadənin, eləcə də yerli bazarda süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Nigar Məmmədli