Nazirliyin Ekspertiza Mərkəzi İsa Qəmbərin maşınına “yox” dedi

nazirliyin-ekspertiza-merkezi-isa-qemberin-masinina-yox-dedi
Oxunma sayı: 647

Yanvarın 13-də İsa Qəmbər bir sıra tərəfdarı ilə birlikdə Lənkərana gedib. Rayonun girəcəyində bir qrup şəxs onlara hücum çəkib. Nəticədə İsa Qəmbərin avtomobili də əzilib. Avtomobilin ekspertizadan keçirilməsi üçün Müsavat Partiyasına Lənkəranda baş vermiş hadisə ilə bağlı vəkillik edən Nemət Kərimli Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə müraciət etmişdi.

Yanvarın 24-də “Media forum” saytına açıqlamasında vəkil Nemət Kərimli deyib ki, Ekspertiza Mərkəzi müraciətə mənfi cavab verib, yəni ekspertiza keçirilməsindən imtina edib. Nemət Kərimli hesab edir ki, bu, qanuna ziddir, çünki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsinə əsasən, vəkilin mütəxəssisdən rəy almaq hüququ var.