“Neftçi” legioner futbolçu ilı müqavilə müddətini uzatdı

neftci-legioner-futbolcu-ili-muqavile-muddetini-uzatdi
Oxunma sayı: 636

Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında karyerasını "Neftçi"də bitirmək niyyətində olduğunu deyib:

"Neftçi"də qalmaq istəyimi müsbət qarşıladığı üçün klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. "Neftçi" böyük tarixi və ənənələri olan bir klub və ən əsası bir ailədi. Bu klubun bir parçası olmaq, onunla uğurlar qazanmaq xoşdu. "Neftçi"də bu il ikinci çempionluğu yaşadım. Çalışacağıq ki, Çempionlar Liqasında da uğurla çıxış edib, bizə bəslənən ümidləri doğruldaq. İstəyim odur ki, futbolçu karyeramı Azərbaycanın ən böyük klubu olan "Neftçi"də bitirim".