Nərimanovda kafe yandı

nerimanovda-kafe-yandi
Oxunma sayı: 1837

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən kafenin tüstü bacasının ətrafı 4 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.