Növbəti “El-Klassiko”ya 5 gün qaldı

novbeti-el-klassikoya-5-gun-qaldi
Oxunma sayı: 800

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Atletik” evdə “Albasete”ni darmadağın edib – 4:0. “Barselona” isə səfərdə “Osasuna” ilə qarşılaşıb. İlk oyunda rəqibinə 4 cavabsız top vuran katalonlar bu oyunda minimal hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Beləliklə, 1/4 filan mərhələsində “Real Madrid”lə “Barselona” üz-üzə gələcək. İlk oyun yanvarın 18-də, cavab görüşü isə bundan bir həftə sonra baş tutacaq. Digər cütlüklər aşağıdakı kimidir:

Mirandes - Espanyol
Malyorka – Atletik Bilbao
Valensiya - Levante

"Atletik" (Bilbao) - "Albasete" - 4:0 (ilk oyun - 0:0)
Qollar: Susayeta, 25 (1:0), Herrera, 65 (2:0), Toquero, 78 (3:0), San Xose, 86 (4:0)

"Osasuna" - "Barselona" - 1:2 (ilk oyun - 0:4)
Qollar: Lekiç, 41 (1:0), Sançez, 49 (1:1), Roberto, 72 (1:2)

Ceyhun Əhmədov